Tramp: "Putin raketlə deyil, müharibəni dayandırmaqla məşğul olmalıdır"

Tramp: "Putin raketlə deyil, müharibəni dayandırmaqla məşğul olmalıdır"
27.10.2025 12:40 Dünya

Asiyada səfərdə olan ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin nüvə enerjisi ilə işləyən qanadlı raketin istifadəyə verilməsi barədə bəyanatını “uyğunsuz” adlandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə o, səfəri zamanı jurnalistlərlə söhbətində bildirib.

“Putin Ukrayna müharibəsini dayandırmalıdır. Bir həftə davam etməli olan müharibə artıq dörd ildir ki, sürür. Putin raket sınaqları ilə deyil, bu müharibəni bitirməklə məşğul olmalıdır", - deyə o vurğulayıb.

Xatırladaq ki, Putin oktyabrın 26-sı Rusiyanın yeni nüvə enerjisi ilə işləyən qanadlı raketinin sınaqlarını başa vurduğunu açıqlayıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər