Tramp Polşanın yeni prezidentini təbrik etdi
ABŞ prezidenti Donald Tramp Polşada prezident seçkilərində qalib gələn Karol Navroçkini təbrik edib.
TodayPress TV xəbər verir ki, o, təbrik mesajını "Truth" sosial şəbəkəsində paylaşıb.
Tramp mesajında "Newsmax" telekanalının Navroçkini “Trampın müttəfiqi” adlandıran və seçki nəticələrini “bütün Avropa üçün şok” kimi qiymətləndirən reportajından sitat gətirib.
“Polşa, təbrik edirəm, siz qalib seçdiniz”, – deyə Tramp bildirib.
Türkan İsgəndərli