Tramp "NASA"nın missiyalarını ləğv edir
ABŞ Prezidenti Donald Tramp 2026-cı il üçün "NASA" büdcəsində iki kosmik missiyanın ləğvini təklif edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Associated Press" sənədlərə istinadən məlumat yayıb.
Söhbət 2014 və 2019-cu illərdə buraxılan "OCO-2" və "OCO-3" peyklərindən gedir. Bu cihazlar Yer atmosferindəki karbon qazının miqdarını və mənbələrini izləyir.
"NASA" hər iki missiyanın Trampın büdcə prioritetlərinə uyğun olaraq dayandırılacağını təsdiqləyib.
Türkan İsgəndərli