Tramp: "İsrail Qətərə yenidən hücum etməyəcək"
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrail Qətərə yenidən hücum etməyəcək.
TodayPress TV xəbər verir ki, bu barədə o, jurnalistlərin suallarını cavablandırarkən deyib.
Qətərin çox yaxşı bir müttəfiq olduğunu və bir çox insanın bunun fərqində olmadığını qeyd edən Tramp, İsrail Baş naziri Benyamin Netanyahunun Qətərə təkrar hücum etməyəcəyini deyib. O, İsrailin HƏMAS-a qarşı başqa tədbirlər görəcəyinə işarə edərək, Netanyahunun Qətəri vurmayacağını, bəlkə də, HƏMAS-ın ardınca gedəcəyini bildirib.
Aysel Mətləb