Tramp İspaniyanı rüsumlarla hədələdi

Tramp İspaniyanı rüsumlarla hədələdi
15.10.2025 05:44 Dünya

ABŞ Prezidenti Donald Tramp İspaniyanın müdafiə xərclərini ÜDM-in 5 %-nə qədər artırmaqdan imtina etdiyinə görə, bu ölkədən idxal olunan mallara rüsum tətbiq etmək niyyətini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bunu amerikalı lider Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

"Mən İspaniyadan çox narazıyam. Onlar yeganə NATO ölkəsidir ki, müdafiə xərclərini 5 %-ə qədər artırmayıb. İspaniyanı tariflərlə cəzalandırmağı düşünürəm", - Tramp bildirib.

Bundan əvvəl Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşü zamanı Tramp qeyd edib ki, NATO-ya üzv ölkələr arasında İspaniya müdafiə xərclərində əhəmiyyətli dərəcədə geri qalır.

"Bizim bir geridə qalan ölkəmiz var, o da İspaniyadır. Onlara zəng edib öyrənməliyik ki, niyə geridə qalırlar. Onların heç bir bəhanəsi yoxdur. Açığını desəm, onları NATO-dan qovmaq lazımdır", - o əlavə edib.

İspaniya hakimiyyət orqanları isə öz növbəsində bildirirlər ki, onlar müdafiə xərclərini müəyyən edilmiş səviyyəyə çatdırmadan silahlı qüvvələrin döyüş hazırlığının artırılması üçün NATO ilə razılaşdırılmış bütün təşəbbüsləri həyata keçirməyə qadirdirlər.

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 Bütün Xəbərlər