Tramp İranın Bəhreyn və İraqdakı ABŞ bazalarına hücum edəcəyini istisna etmir
“İranın Bəhreyn və İraqda yerləşən ABŞ hərbi bazalarına hücum edəcəyi gözlənilir.”
TodayPress TV xəbər verir ki, NBC telekanalının yaydığı məlumata görə bunu ABŞ prezidenti Donald Tramp deyib.
Bəhreyn hökuməti İran tərəfdən gələcək raket hücumları ilə bağlı ölkənin hava məkanını bağladığını açıqlayıb.