"Tramp İranda “başlanılan işi” tamamlamalıdır" - ABŞ-li senator

Dünya

02.05.2026 23:23

"ABŞ İrana qarşı gəmilərin hərəkətini təmin etmək və Tehranın təsir rıçaqlarını zəiflətmək üçün zəruri olan bütün addımları atmalıdır".

TodayPress TV xəbər verir ki,  bu barədə ABŞ-li senator Lindsey Qraham "Financial Times"a müsahibəsində danışıb.

Qram qeyd edib ki, tətbiq olunan blokada və İrana Xarq adasının təhlükə altında olduğu barədə verilən mesaj müəyyən çəkindirici təsir yaratmalıdır.

“Ümid edirəm ki, parlaq şəkildə təşkil olunmuş blokada və İrana Xarq adasının təhlükə altında olduğunun bildirilməsi müəyyən çəkindirici effekt yaradacaq. Əgər bu nəticə verməsə, İrana cavab verilməli və onun dünyanı cəzasız şəkildə şantaj etməsinə imkan verilməməlidir”, – deyə senator bildirib.

O, həmçinin ABŞ Prezidenti Donald Trampın İranda “başlanılan işi” tamamlamalı olduğunu vurğulayıb.

TodayPress TV

tag: ABŞ,Senator,İran,Müharibə,Todaypress.tv,