Tramp İrana xəbərdarlıq etdi
Dünya
30.03.2026 16:44
ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs danışıqlarında razılıq əldə olunmazsa, İranın elektrik stansiyaları, neft quyuları və Xarq adasını partladaraq məhv etməklə hədələyib.
TodayPress TV xəbər verir ki, Donald Tramp bunu "Truth Social" platformasında yazıb.
“Əgər hər hansı bir səbəbdən tezliklə razılaşma əldə olunmazsa – və bu, çox güman ki, baş verəcək – və Hörmüz boğazı dərhal biznes üçün açıq olmazsa, İrandakı bütün elektrik stansiyalarını, neft quyularını və Xarq adasını (və ehtimal ki, bütün duzsuzlaşdırma zavodlarını) partladaraq tamamilə məhv edəcəyik",- Tramp qeyd edib.
Qeyd edək ki, Tramp daha əvvəl İranın enerji obyektlərinə hücumlara qoyulan moratoriumu 6 aprelə qədər uzadıb. İran isə ABŞ-nin sülh planını rədd edib və hərbi əməliyyatların dayandırılması üçün şərtlər irəli sürüb.
Jalə Rövşən
tag: Donald Tramp , İran,ABŞ,Elektrik stansiyalar,Todaypress.tv,
