Ukraynanın XİN başçısı: "Əsas məqsəd müharibəni bu il başa çatdırmaqdır"
Dünya
02.08.2025 00:45
“Əsas məqsəd müharibəni bu il başa çatdırmaqdır”.
TodayPress TV xəbər verir ki, bunu “Yle” portalına müsahibəsində Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.
O bildirib ki, Rusiya tərəfinin başladığı savaşa görə məsuliyyəti həm də rus xalqı daşıyır:
“Bu müharibənin məsuliyyəti həm də törədilən cinayətlərə göz yumanların üzərindədir. Rusiya terroruna və ukraynalıların qətlinə sevinən insanların Avropanı azad şəkildə gəzməsi normal deyil”.
Ukraynalı nazir ABŞ Prezidenti Donald Trampın Rusiya da daxil olmaqla, bu ölkədən neft alan dövlətlərə qarşı sanksiyaların tətbiq ediləcəyi barədə xəbərdarlığını alqışlayıb:
“Donald Tramp Rusiya Prezidentinin ehtiyat etdiyi yeganə insandır. Onu da deyim ki, Rusiyaya tətbiq olunan sanksiyalar sülhü daha da yaxınlaşdırır. Hazırda bütün ölkələr Ağ Ev rəhbərinin öz vədini yerinə yetirməsini gözləyir”.
tag: Ukrayna, Rusiya,Tramp, XIN, todaypress.tv,