ABŞ-Yaponiya münasibətlərində ciddi böhran yaşanır
Dünya
14.07.2025 09:18
ABŞ və Yaponiya arasında müttəfiqlik münasibətləri son 25 ilin ən böyük böhranı ilə qarşı-qarşıyadır. Səbəb prezident Donald Trampın sərt ticarət siyasətidir.
“Asiya Qrupu” konsaltinq şirkətinin eksperti Kristofer Conson bildirib ki, Yaponiyada Tramp administrasiyası ilə bağlı belə bir fikir formalaşıb:
“Onlar üçün heç nə müqəddəs deyil”.
Ekspert xatırladıb ki, ABŞ-Yaponiya münasibətlərində sonuncu ciddi böhran 1990-cı illərin sonunda — Soyuq müharibədən sonra yaşanmışdı. Həmin vaxt ticarət mübahisələri ilə yanaşı, müttəfiqlik modelinə dair fundamental suallar ortaya çıxmışdı.
“Yapon rəsmilərinin bu qədər narahat olduğu bir vaxtı xatırlamıram”, – deyə Conson vurğulayıb.
Qiymət Mahir
tag: ABŞ,Yaponiya ,Donald Tramp,Tokio ,Todaypress.tv,