Tramp: "İran neftini ələ keçirib Çinə satmaq fikrində deyilik"

Tramp: "İran neftini ələ keçirib Çinə satmaq fikrində deyilik"
25.06.2025 22:40 Dünya
"İranın ölkəni yenidən formalaşdırmaq üçün neft puluna ehtiyacı olacaq və Çinin onun neftini alması ilə bağlı heç bir problemi yoxdur"

TodayPress TV "CNN"ə istinadən xəbər verir ki, bu sözləri ABŞ prezident Donald Tramp deyib.

"Bax, onların sadəcə müharibəsi var idi. Müharibə etdilər. Onlar cəsarətli müharibə apardılar. Onlar neft biznesindədirlər. Mən istəsəm dayandıra bilərdim - nefti özüm Çinə sataram, amma bunu etmək istəmirəm. Ölkəni formaya qaytarmaq üçün onlara pul lazım olacaq. Biz bunun baş verməsini istəyirik.

Neft satacaqlarsa, neft satacaqlar. Biz nefti ələ keçirməyə hazırlaşmayacağıq”, - deyə Tramp bildirib.
XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər