Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək”
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana 300 milyon dollar ödəyəcəyi ilə bağlı yayılan məlumatları təkzib edib.
TodayPress TV xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edib.
Ağ Ev rəhbəri bildirib ki, İranın nüvə silahına malik olmaması ilə bağlı razılaşma mövcuddur və ABŞ-nin Tehrana təzminat ödəyəcəyi barədə xəbərlər həqiqəti əks etdirmir.
ABŞ lideri sözügedən məlumatların yayılmasına görə demokratları günahlandırıb və bunun siyasi məqsəd daşıdığını iddia edib.
Türkan İsgəndərli