Tramp hökumətin yenidən açılması üçün olan qanunu imzaladı
ABŞ Prezidenti Donald Tramp hökumətin yenidən açılması üçün genişmiqyaslı büdcə paketi imzalayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
"Federal hökumətin dərhal yenidən açılması və maliyyə ilinin qalan hissəsi ərzində əməliyyatların böyük əksəriyyətinin maliyyələşdirilməsi üçün qanununu imzalamaqdan çox məmnunam", - deyə prezident Oval Ofisdə bildirib.
Nəşrin məlumatına görə, Ağ Ev liderinin imzası üç gündən sonra hökumətin qismən bağlanmasına son qoyacaq və bir sıra vacib departamentləri maliyyələşdirəcək. Lakin iki həftə ərzində Daxili Təhlükəsizlik Departamenti üçün daha bir maliyyə uçurumu gözlənilir.
Aysel Mətləb