Tramp: "Ermənistan və Azərbaycan ABŞ-də sülh sazişi imzalayacaq"

Tramp: "Ermənistan və Azərbaycan ABŞ-də sülh sazişi imzalayacaq"
08.08.2025 10:40 Dünya

ABŞ Prezidenti Donald Tramp, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtonda sülh müqaviləsi imzalayacağını təsdiqləyib. 

TodayPress TV xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” platformasında yayımladığı bəyanatda bildirib. 

“Avqustun 8-də prezident İlham Əliyev və Baş nazir Nikol  Paşinyan Ağ Evdə sülh sazişinin rəsmi imzalanma mərasimində mənimlə birlikdə olacaqlar”, - deyə o, qeyd edib. 

Bildirilib ki, 8 avqustda Ağ Evdə “sülhə aparan yol” adlı sənəd imzalanacaq və bu sənəd bölgədə illərlə davam edən tranzit problemlərinin həllinə yönələcək. 

Bəyanatda həmçinin vurğulanıb ki, Cənubi Qafqazın iqtisadi potensialından maksimum istifadə məqsədilə ABŞ, Azərbaycan və Ermənistan arasında ikitərəfli əməkdaşlıq sazişləri də imzalanacaq. 

Aysel Mətləb

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər