Tramp Çini hədələdi
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ABŞ və Çin gələcəkdə “gözəl münasibətlərə” sahib olacaq.
TodayPress TV xəbər verir ki, o, bunu “Fox News” telekanalına müsahibəsində deyib.
Tramp eyni zamanda xəbərdarlıq edib ki, əgər istəsəydi, əlindəki “inanılmaz kartları” oynayaraq Çini məhv edə bilərdi:
“Bizim onların sahib olduqlarından qat-qat çox üstünlüklərimiz var. Onların da kartları var, amma bizim inanılmaz gücümüz var. Mən bu kartları oynamaq istəmirəm. Əgər oynasam, Çin məhv olar”.
O, həmçinin bu il Çinə səfər edəcəyini istisna etməyib.
Tramp əlavə edib ki, Çin ABŞ-yə maqnitlər göndərməlidir, əks halda onlardan 200 faiz gömrük rüsumu tutulacaq.
Qiymət Mahir