Tramp: Çin, Hindistan və Rusiya başçıları ilə çox yaxşı münasibətim var

Tramp: Çin, Hindistan və Rusiya başçıları ilə çox yaxşı münasibətim var
04.09.2025 07:15 Dünya

Çin, Hindistan və Rusiya başçıları ilə çox yaxşı münasibətim var.

TodayPress TV xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp polşalı həmkarı Karol Navrotski ilə görüşdə Çində keçirilmiş paradla bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Növbəti bir və ya iki həftə ərzində bunun nə qədər yaxşı olduğunu öyrənəcəyik", - deyə Tramp əlavə edib.

O, Çinin ev sahibliyi etdiyi sammitdəki mərasimi çox təsirli və gözəl adlandırıb. Tramp mərasimdə müharibədə qalib gəlməkdə ABŞ-ın rolunun vurğulanmamasından narazılığını bildirib.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər