Tramp Britaniyanı “möhtəşəm” adlandırdı: “Orada daşınmaz əmlakım var”

Tramp Britaniyanı “möhtəşəm” adlandırdı: “Orada daşınmaz əmlakım var”
15.07.2025 11:17 Dünya

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanı “möhtəşəm bir yer” adlandırıb və bu ölkədə şəxsi daşınmaz əmlakının olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, Tramp bu fikirləri “BBC” telekanalına verdiyi müsahibədə söyləyib.

“Bu möhtəşəm yerdir. Bilirsiniz, orada daşınmaz əmlakım var”, – deyə o, Böyük Britaniyanın dünya siyasətindəki gələcəyi ilə bağlı suala cavab verərkən qeyd edib.

Tramp sentyabr ayında Birləşmiş Krallığa ikinci dövlət səfərini səbirsizliklə gözlədiyini də bildirib. O, kral III Çarlzı “böyük bir centlmen” kimi xarakterizə edib.

Qiymət Mahir

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər