Tramp Avropa liderləri ilə Ukrayna münaqişəsini müzakirə edəcək
13 avqust Avropa liderləri Ukraynadakı vəziyyətlə bağlı görüşəcək. Görüşü Almaniya kansleri Fridrix Merts çağırıb və ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putinin Alyaskada görüşündən iki gün əvvəl keçiriləcək.
TodayPress TV xəbər verir ki, görüş uzaqdan, videokonfrans şəklində olacaq. Ukrayna Prezidenti Volodimir Zelenski də bu görüşdə iştirak edəcək.
ABŞ-dən isə prezident Tramp və vitse-prezident Ceyms Devid Vens görüşə daha sonra qoşulacaq.
Türkan İsgəndərli