Tramp: “ABŞ Venesuelada hakimiyyət dəyişikliyindən danışmır”

Tramp: “ABŞ Venesuelada hakimiyyət dəyişikliyindən danışmır”
06.09.2025 12:50 Dünya

ABŞ Prezidenti Donald Tramp Venesuela ilə bağlı açıqlama verib.

TodayPress TV xəbər verir ki, “CNN”in məlumatına görə, Tramp Vaşinqtonun Karakasda rejim dəyişikliyi məsələsini gündəmə gətirmədiyini bildirib.

Onun sözlərinə görə, Venesuelada keçirilən seçkilər, ən yumşaq ifadə ilə desək, “çox qəribə” olub. Tramp həmçinin yenidən vurğulayıb ki, bu ölkədən ABŞ-yə “milyardlarla dollar dəyərində narkotik maddə daxil olur”.

“Venesuela özünü çox pis aparıb”, - deyə ABŞ lideri əlavə edib.

Töhfə Səməd

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər