Tokioda naməlum şəxs qaz balonu püskürtdü: 11 nəfər xəsarət aldı

Tokioda naməlum şəxs qaz balonu püskürtdü: 11 nəfər xəsarət aldı
23.08.2025 14:15 Dünya

Yaponiyanın paytaxtı Tokioda yerləşən "Shibuya Hikarie" ticarət-ofis kompleksində naməlum şəxs gözyaşardıcı qazı xatırladan maddə püskürdüb.

TodayPress TV xəbər verir ki, “NHK” telekanalının məlumatına görə, hadisə yerli vaxtla saat 13:30-da baş verib. 

Binada mağazalar, kafelər, restoranlar, "Tokyu Theatre Orb" zalı, həmçinin ofis və tədbir sahələri yerləşir.

Hadisədən sonra azı 11 nəfər gözlərində və boğaz nahiyəsində yanma şikayəti ilə müraciət edib. Polis şübhəlini saxlayıb, faktla bağlı araşdırma aparılır.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər