Tokayev Qazaxıstanın ABŞ-dəkı səfirini istefaya göndərdi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ-dəkı fövqəladə və səlahiyyətli səfir Yerjan Aşıkbayevi vəzifəsindən azad edib.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatı prezidentin mətbuat xidməti yayıb.
Yerjan Aşıkbayev 2013-2021-ci illərdə Qazaxıstanın xarici işlər nazirinin müavini, daha əvvəl isə Prezident Administrasiyası və Nazirlər Kabinetində müxtəlif vəzifələrdə çalışıb. O, 2021-ci ildən ABŞ-də səfir idi.
Eyni zamanda, sentyabrın 26-da Tokayev Qazaxıstan Xarici İşlər Nazirliyinə yeni rəhbər təyin edib. Yeni nazir Rusiyadakı keçmiş səfir Yermek Koşerbayev olub.
Koşerbayev 2020-2023-cü illərdə Qazaxıstanın Rusiyadakı səfiri, sonrakı dövrdə isə Şərqi Qazaxıstan vilayətinin qubernatoru və Baş nazirin müavini vəzifələrində çalışıb.
Türkan İsgəndərli