Təyyarə evin üstünə düşdü
Almaniyanın qərbində, Şimali Reyn-Vestfaliya əyalətinin Korşenbroiç kəndində yüngül mühərrikli təyyarə yaşayış evinin üzərinə düşüb.
TodayPress TV xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
İlkin məlumatlara görə, divarın bir hissəsinə ciddi ziyan dəyib. Məlumdur ki, pilot təyyarəni Mönhenqladbaxa endirmək istəyib, lakin havada olarkən mühərrikində problemlər olduğunu bildirib.
Hazırda qəzanın səbəbi və ölən və ya yaralananların olub-olmaması barədə məlumat verilməyib. Hadisə ilə bağlı araşdırma aparılır.
Türkan İsgəndərli