Təsdiqləndi - Milyardlarla dollarlıq silah...

Təsdiqləndi - Milyardlarla dollarlıq silah...
02.05.2026 11:45 Dünya

ABŞ Dövlət Departamenti Yaxın Şərqdəki müttəfiq ölkələrə ümumilikdə 8,6 milyard dollardan artıq dəyərində hərbi texnika satışını təsdiqləyib.

TodayPress TV xəbər verir ki, satış paketi çərçivəsində Qətərə 4,01 milyard dollarlıq “Patriot” hava hücumundan müdafiə sistemi və 992 milyon dollarlıq "APKWS" lazerlə yönləndirilən silah sistemi satılacaq.

Küveyt 2,5 milyard dollar dəyərində döyüş idarəetmə sistemi əldə edəcək.

İsrailə 992 milyon dollarlıq "APKWS" lazer yönləndirmə sistemi, Birləşmiş Ərəb Əmirliklərinə isə 147 milyon dollarlıq eyni sistemin satışı nəzərdə tutulur.

Qərarın regionda hərbi balans və təhlükəsizlik siyasətinə təsir göstərəcəyi qeyd olunur.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər