Tehrana uçuşlar bərpa edilir

Tehrana uçuşlar bərpa edilir
27.06.2025 15:50 Dünya

Rusiyanın “Aeroflot” aviaşirkəti 4 iyuldan etibarən Moskva–Tehran reyslərini bərpa etməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə şirkətin "Telegram" kanalında məlumat verilib.

“Aeroflot” bu addımı bu gün qüvvədən düşmüş hava məhdudiyyətlərindən sonra atdığını bildirib:

“Tehrana növbəti reys 4 iyul üçün planlaşdırılıb”.

Qeyd edək ki, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) İraq, İran və İordaniya hava məkanında Rusiya aviaşirkətləri üçün tətbiq olunan uçuş qadağasını ləğv edib. Bundan bir neçə gün öncə isə agentlik rusiyalı aviadaşıyıcılara gündüz saatlarında İsrailə uçuşları və Qətər hava məkanından istifadəni də mümkün etmişdi.

Töhfə Səməd 

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər