Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama

Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama
16.06.2026 18:15 Dünya

Əvvəllər elan edilmiş razılaşmaların imzalanması üçün ABŞ və İran nümayəndələrinin görüşü Bürgenstokda baş tutacaq.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" agentliyinə Konfederasiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Pyer Alen Elçinger bildirib.

"Son bir neçə gün ərzində Xarici İşlər Nazirliyi, ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumunun İsveçrə ərazisində mümkün imzalanması ilə əlaqədar ABŞ, İran, Pakistan və Qətər ilə sıx təmasda olub. Hazırda bu sənədin imzalanması iyunun 19-u - cümə günü, Nidvalden kantonunun Bürgenstok kurortunda planlaşdırılır", - deyə o sorğuya cavab olaraq vurğulayıb.

Elçinger qeyd edib ki, görüşün keçiriləcəyi yer vasitəçilər - Pakistan və Qətər, eləcə də ABŞ və İran tərəfindən təklif edilib.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Bütün Xəbərlər