Tanzaniyada helikopter qəzası: 5 nəfər həlak oldu
Tanzaniyada Kilimanjaro dağında helikopter qəzası baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində azı beş nəfər ölüb. Helikopter zirvəyə qalxarkən tibbi yardıma ehtiyacı olan turistləri təxliyə etmək üçün uçuş həyata keçirirdi. Qəza zamanı helikopterin göyərtəsində iki xarici vətəndaş, həkim, stüardessa və pilot olub.
Hadisənin Barafu və Kibo düşərgələri arasında, təxminən 4 min metr yüksəklikdə baş verdiyi bildirilir. Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.
Türkan İsgəndərli