Talibanın yeni qərarı: Qadınlara kişi diş həkiminə getmək qadağası…
Əfqanıstanın Qəndəhar vilayətində qadınların kişi diş həkimlərinə müraciət etməsi qadağan edilib.
TodayPress TV xəbər verir ki, bu barədə ”Gazete” nəşri məlumat yayıb.
Belə ki, Taliban silahlıları qadınları klinikalardan çıxarıb və onların kişi həkimlərin qəbuluna buraxılmamasını əmr edib.
Qeyd edək ki, Taliban hakimiyyətə gəldikdən sonra qadınların hüquqlarını məhdudlaşdıran addımlar atır. Qadın müəlliflərin kitabları universitet proqramından çıxarılıb, bir sıra fənlərin tədrisi dayandırılıb, gözəllik salonları da bağlanıb.
Analitiklər bunu qadınların ictimai həyatdan kənarlaşdırılması siyasəti kimi dəyərləndirirlər.
Jalə Rövşən