Tailandda 30 ildən sonra Sumatra pişikləri tapıldı
Tailandın cənub hissəsində 30 ildən sonra nadir Sumatra pişikləri müşahidə olunub.
TodayPress TV xəbər verir ki, bu barədə "IFLScience" məlumat yayıb.
Sumatra pişikləri sonuncu dəfə 1995-ci ildə Tailandın cənubunda qeydə alınmışdı və uzun müddət nəsli tükənmiş hesab edilirdi. Panthera Thailand qoruma proqramının meneceri Rattapan Pattanarangsana bildirib ki, düzgün tədqiqat planı hazırlanaraq növün mövcudluğu təsdiqlənib.
2024-cü ildə 13, 2025-ci ildə isə 16 fərd qeydə alınıb. Ən önəmlisi, bala ilə bir dişinin görülməsi, populyasiyanın hələ də çoxaldığını göstərir.