Tailand: 18 Kamboca hərbçisi təslim olub

Tailand: 18 Kamboca hərbçisi təslim olub
29.07.2025 16:29 Dünya

Tailand ordusunun sözçüsü Vinthai Suvari bildirib ki, Sisaket əyalətinin sərhədində atəşkəs elan edilməsinə baxmayaraq baş verən qarşıdurmadan sonra ən azı 18 Kamboca hərbçisi Tailand Kral Ordusuna təslim olub.

TodayPress TV xəbər verir ki, bu barədə "The Nation” qəzeti məlumat yayıb.

Məlumata görə, Tailand hərbçiləri Kamboca əsgərlərini tərksilah edərək beynəlxalq humanitar prinsiplərə uyğun davranıblar. Suvarinin sözlərinə görə, təslim olma prosesi Kambocadan açılan artilleriya və tüfəng atəşinin dəf edilməsindən sonra baş verib.

Əməliyyatdan sonra iki kambocalı əsgərin cəsədi tapılıb.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər