Suriyanın xarici işlər naziri Rusiyaya gedir

Suriyanın xarici işlər naziri Rusiyaya gedir
30.07.2025 16:20 Dünya

Suriyanın xarici işlər naziri Əsəd əl-Şibani avqustun 1-i Rusiyaya səfər edəcək. 

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bundan əvvəl, iyulun 18-də Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı vəziyyəti müzakirə edərək, ölkədə sabitliyin dialoq və milli konsensus yolu ilə bərpa olunmasının vacibliyini vurğulayıblar.

May ayında Suriya, Rusiya ilə əvvəlki liman idarəçiliyi müqaviləsindən imtina etdikdən sonra Birləşmiş Ərəb Əmirliklərinin "DP World" şirkəti ilə Tartus limanının inkişafı üçün 800 milyon dollarlıq saziş imzalayıb. Bununla belə, Rusiya ordusunun Suriyadakı mövcudluğuna dair razılaşmalar qüvvədə qalır.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər