Suriya Rusiyadan Bəşər Əsədi tələb edəcək

Suriya Rusiyadan Bəşər Əsədi tələb edəcək
15.10.2025 15:25 Dünya

Suriya Prezidenti Əhməd əş-Şara Rusiya Prezidenti Vladimir Putindən sabiq Prezident Bəşər Əsədin və digər müharibə cinayətlərində ittiham olunan şəxslərin təhvil verilməsini istəyəcək.

TodayPress TV xəbər verir ki, bu barədə AFP hökumət nümayəndəsinə istinadla məlumat yayıb.

Qeyd edək ki, Əhməd əş-Şaraa hazırda Moskvadadır və Putinlə ikitərəfli münasibətlər, həmçinin regional və beynəlxalq məsələlər üzrə danışıqlar aparacaq.

Xatırladaq ki, dekabr ayında hakimiyyətdən devrilmiş Bəşər Əsəd Moskvada sığınacaq tapıb.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər