Süni intelIekt Yaponiyada partiya lideri olacaq
Süni intellekt (AI) Yaponiyanın Dirçəliş Yolu Partiyasının lideri olacaq.
TodayPress TV xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, Kyoto Universitetinin süni intellekt üzrə tədqiqat proqramının aspirantı, özünü partiyanın “yeni liderin köməkçisi” adlandıran Koki Okumura mətbuat konfransında “Yeni lider AI olacaq” deyib.
O, süni intellektin partiyanın siyasətini təyin etməyəcəyini, ancaq maliyyə resurslarının partiya üzvləri arasında bölüşdürülməsi kimi məsələlərə diqqət yetirəcəyini bildirib.