Şri-Lankada vaqon qəzası: Ölənlər var

Şri-Lankada vaqon qəzası: Ölənlər var
25.09.2025 11:33 Dünya

Şri-Lankanın şimal-qərbindəki meşə monastırında kabellə idarə olunan vaqonun aşması nəticəsində 7 buddist rahib həlak olub.

TodayPress TV xəbər verir ki, bu barədə “Daily Mirror” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, 13 rahibin olduğu vaqon trosun qırılması nəticəsində kanat yolundan qoparaq yerə düşüb. İki rahib vaqon yerə düşməzdən əvvəl tullanaraq xilas ola bilib. Dörd nəfər yaralanıb, digərləri isə həyatını itirib. Həlak olanlar arasında əcnəbilər də var. Məlumata əsasən, ölənlərdən biri rusiyalı, digərləri isə rumıniyalı və hindistanlıdır.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər