Şri-Lankada boğulma hadisələri: 250-dən çox insan ölüb
Bu ilin əvvəlindən indiyədək Şri-Lankada 250-dən çox insan boğularaq həyatını itirib.
TodayPress TV xəbər verir ki, bu barədə bazar günü ölkə polisinin nümayəndəsi məlumat verib.
Polis sözçüsü F. U. Vutlerin sözlərinə görə, 2025-ci ilin ötən dövründə ümumilikdə 257 nəfər boğulma nəticəsində ölüb. Onların arasında 37 qadın olub.
Polisin Həyat Qurtarma İdarəsinin məlumatına əsasən, eyni müddətdə 69 Şri-Lanka vətəndaşı və 33 əcnəbi turist boğulmaqdan xilas edilib.
Qiymət Mahir