Sındırgıda zəlzələdən sonra 75 evdə ziyan qeydə alındı

Sındırgıda zəlzələdən sonra 75 evdə ziyan qeydə alındı
11.08.2025 13:09 Dünya

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Balıkəsirin Sındırgı rayonunda baş verən zəlzələdən sonra aparılan ziyan qiymətləndirmə işləri barədə məlumat verib.

TodayPress TV xəbər verir ki, nazir sosial şəbəkədəki paylaşımında indiyədək 1 evin tamamilə dağıldığını, 13 evin ağır, 61 evin isə az zərər gördüyünü bildirib.

“İşləri ən qısa zamanda tamamlayıb şəhərimiz və xalqımız üçün nə lazımdırsa edəcəyik. Əvvəlki fəlakətlərdə olduğu kimi burada da vətəndaşımızın yanında olacağıq", – deyə Murat Kurum vurğulayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər