Sikorski: “Putin nəhəngi oyandırdı”

Sikorski: “Putin nəhəngi oyandırdı”
25.06.2025 09:43 Dünya

Polşanın xarici işlər naziri Radoslav Sikorski NATO "Public Forum" çərçivəsində çıxışında Avropa İttifaqının müdafiə sahəsində “gerçək pullar” xərcləməyə başladığını bildirib və bu prosesin yaxın gələcəkdə Rusiyanı geridə qoya biləcəyini vurğulayıb.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, Sikorski Vladimir Putini “nəhəngi oyadan” siyasətçi adlandıraraq, Rusiyanı Avropa üçün “əsas təhlükə” kimi xarakterizə edib.

“Biz ruslardan daha yaxşı olmalıyıq. İndi milyardlar xərclənir və bu, sadəcə rəqəm deyil – bu, real resurslardır”, – deyə o qeyd edib.

Nazirin sözlərinə görə, Moskva bir neçə il ərzində Aİ-nin hərbi xərcləri ilə ayaqlaşa bilməyəcək və bu, SSRİ-nin 1980-ci illərdə yaşadığı vəziyyəti xatırladacaq.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər