SEPAH İsrail və region ölkələrinə xəbərdarlıq etdi

SEPAH İsrail və region ölkələrinə xəbərdarlıq etdi
05.04.2026 18:44 Dünya

SEPAH İsrail və region ölkələrinə qarşı son əməliyyatlar barədə məlumat yayıb.

TodayPress TV İran mediasına istinadən xəbər verir ki, SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi İsrailə və region ölkələrində ABŞ hədəflərinə hücumların 96-cı dalğası haqqında bəyanat yayıb.

Bildirilib ki, İsrailin Hayfa bölgəsində qırıcı təyyarələri yanacaqla təmin edən neft emalı zavodu hədəf alınıb və nəticədə onun əsas hissələri dağıdılıb.

“Bundan başqa, BƏƏ-nin ər-Rüveys bölgəsində yerləşən, ABŞ ordusu və İsrail üçün yanacaq və hərbi məhsullar istehsal edən neft-kimya müəssisəsinə raket hücumu həyata keçirilib və böyük yanğın baş verib.

Ardınca Bəhreynin Sitra bölgəsində yerləşən ABŞ-yə məxsus neft-kimya obyektinə genişmiqyaslı PUA hücumu edilib.

Küveytin Şuəybə bölgəsində yerləşən ABŞ-yə məxsus neft-kimya obyektinə hücum edilib və ABŞ silahlı qüvvələri ilə əməkdaşlıq edən bu kompleksin fəaliyyəti tam dayanıb. Bildiririk ki, İranın qeyri-hərbi infrastrukturuna edilən hücumlara cavab olaraq bu gün baş verənlər yalnız ilkin mərhələdir”, - SEPAH-ın bəyanatında qeyd olunub.

Xəbərdarlıq edilib ki, İranda mülki obyektlərə hücumlar təkrarlansa, əməliyyatın ikinci mərhələsi daha güclü və daha geniş olacaq və itkilər ikiqat artacaq.

TodayPress TV


XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər