Samvel Şahramanyan Ermənistan İstintaq Komitəsinə çağırıldı

Samvel Şahramanyan Ermənistan İstintaq Komitəsinə çağırıldı
04.06.2025 13:18 Dünya

Ləğv edilmiş separatçı rejimin sonuncu lideri Samvel Şahramanyanın Ermənistan İstintaq Komitəsində dindirilməsi davam edir.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb. 

Məlumata görə, Şahramanyan “Hərbi qulluqçuların səhlənkarlığı” və “Müharibə vasitələrini düşmənə vermə və ya buraxma” maddələri ilə başlanmış cinayət işi çərçivəsində dindirilir. 

O, bu iş çərçivəsində şahid statusuna malikdir. 

Qeyd edək ki, cinayət işi 2023-cü ildə başlanıb və Samvel Şahramanyan ilk dəfə dindirilib.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər