Şahbaz Şərif Trampa təşəkkür etdi
Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ Prezidenti Donald Trampa ABŞ-Pakistan arasında imzalanan yeni ticarət sazişində göstərdiyi liderliyə görə təşəkkürünü bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, "X"da yazıb.
“Tarixi ABŞ-Pakistan ticarət sazişinin yekunlaşmasında lider roluna görə Prezident Donald Trampa dərin təşəkkürümü bildirmək istəyirəm. Saziş ötən gecə Vaşinqtonda tərəflər arasında uğurla nəticələndi”, - deyə Şərif bəyan edib.
Pakistanın Baş naziri bu əlamətdar razılaşmanın iki ölkə arasında artmaqda olan əməkdaşlığı daha da gücləndirəcəyini və yaxın gələcəkdə davamlı tərəfdaşlığın yeni üfüqlərini açacağını vurğulayıb.
Töhfə Səməd