Şahbaz Şərif Hindistana başsağlığı verdi
Pakistanın Baş naziri Şahbaz Şərif Hindistanda qəzaya uğrayan təyyarə ilə bağlı paylaşım edib.
TodayPress TV xəbər verir ki, o, bu barədə "X"da yazıb.
"Bu gün Əhmədabad yaxınlığında baş vermiş "Air India" təyyarəsinin faciəli qəzayından dərin kədərləndim. Biz bu ağır itki ilə üzləşən qurbanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Dualarımız bu ürəkparçalayan faciədən təsirlənən hər kəslə birlikdədir".
Töhfə Səməd