Rusiyaya qarşı yeni sanksiyalar paketinin tarixi açıqlandı
Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 18-ci sanksiyalar paketi iyulun 1-dən sonra Danimarkanın Aİ Şurasına sədrliyi dövründə qəbul oluna bilər.
TodayPress TV xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat verib.
Bildirilir ki, paket Polşanın sədrliyi dövründə qəbul edilməyəcək və Danimarka yeni dövrün ilk həftəsində bu prosesi yekunlaşdırmağa çalışacaq.
Sanksiyalar paketinin əsas əngəllərindən biri Macarıstan və Slovakiyanın mövqeyidir. Hər iki ölkə Aİ-nin 2027-ci ilə qədər Rusiyanın enerji tədarükündən tam imtina planına qarşı çıxır.
Lakin Avropa Komissiyasının mümkün güzəştləri müqabilində bu ölkələr yeni sanksiyalarla bağlı mövqelərini dəyişməyə hazırdırlar.
Türkan İsgəndərli