Rusiyanın sabiq nazir müavininin meyiti tapıldı
Rusiyanın keçmiş ədliyyə nazirinin müavini Sergey Tropin Moskvada vəfat edib.
TodayPress TV xəbər verir ki, o, hamamda boğulub.
72 yaşlı keçmiş məmurun cəsədi paytaxtın Presnenski rayonundakı mənzilində tapılıb. Hazırda mütəxəssislər bunun intihar, yoxsa qəza olduğunu müəyyən edirlər.
Tropin 1996-cı ilin fevralından 1997-ci ilin martına qədər ədliyyə nazirinin müavini vəzifəsində çalışıb.