Rusiyada qətl işi üzrə təqsirləndirilən azərbaycanlıların həbs müddəti uzadıldı

Rusiyada qətl işi üzrə təqsirləndirilən azərbaycanlıların həbs müddəti uzadıldı
16.07.2025 11:34 Dünya

Məhkəmə Rusiyanın Yekaterinburq şəhərində əvvəlki illərdə qətl törətməkdə təqsirləndirilən altı azərbaycanlı barəsində həbs qətimkan tədbirini oktyabrın 19-dək uzadıb.

TodayPress TV xəbər verir ki, bu barədə Sverdlovsk vilayəti məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat yayıb.

"Yekaterinburqun Verx-İset Rayon Məhkəməsi Səfərov Kamal Qədimalı oğlu, Səfərov Akif Möhbalı oğlu, Səfərov Ayaz Möhbalı oğlu, Səfərov Məzahir Möhbalı oğlu və Səfərov Bakir Mehdi oğlu və Gənciyev Əhliman Sətdar oğlunun barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı müstəntiqin vəsatətlərini nəzərdən keçirib. Materiallara baxdıqdan sonra, məhkəmə müstəntiqin vəsatətlərini təmin edib və təqsirləndirilən şəxslərin həbs müddətini 2025-ci il oktyabrın 19-dək uzadıb", - məlumatda bildirilir.

FOTOLAR

Rusiyada qətl işi üzrə təqsirləndirilən azərbaycanlıların həbs müddəti uzadıldı — 1
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər