Rusiyada güclü zəlzələ baş verdi
Rusiyanın Kamçatka əyalətində 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Yeraltı təkanlar Bakı vaxtı ilə saat 18:39-da baş verib. Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 89 km cənub-şərqdə, dənizin 38 km dərinliyində yerləşib.
Fövqəladə Hallar Nazirliyi bildirir ki, şəhərdə təkanlar 3 bala qədər hiss olunub. Sunami təhlükəsi olmayıb.
Türkan İsgəndərli