Rusiyada dron hücumundan sonra yanacaq anbarları yandı - VİDEO

Rusiyada dron hücumundan sonra yanacaq anbarları yandı - VİDEO
14.06.2026 13:01 Dünya

Rusiyanın Yaroslavl vilayətində dronlar yanacaq saxlamaq üçün nəzərdə tutulmuş sənaye obyektlərini vurub, nəticədə yanğın baş verib.

TodayPress TV "İnterfaks"a istinadən xəbər verir ki, bunu regionun qubernatoru Mixail Yevrayev açıqlayıb.

"Pilotsuz uçuş aparatlarının əksəriyyəti vurulub, lakin yanacaq saxlanılan sənaye obyektlərinə zərbə dəyib. Yanğını xüsusi xidmət orqanları söndürür. Xəsarət alan yoxdur", - region rəhbəri qeyd edib.

O, həmçinin bildirib ki, Yaroslavldan çıxışda Moskva istiqamətində nəqliyyatın hərəkəti bərpa olunub.

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər