Rusiya və Tacikistan birgə neft layihələri üzrə danışıqları davam etdirir

Rusiya və Tacikistan birgə neft layihələri üzrə danışıqları davam etdirir
16.10.2025 22:00 Dünya

Rusiya şirkətlərinin Tacikistan ərazisində yerləşən neft yataqlarının birgə işlənməsi layihələrində iştirakı ilə bağlı iki ölkə arasında fəal danışıqlar aparılır.

TodayPress TV xəbər verir ki, bu barədə məlumat Rusiya enerji həftəsi çərçivəsində keçirilmiş görüşdən sonra Rusiya hökuməti tərəfindən açıqlanıb.

Görüş Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilə Tacikistanın energetika və su ehtiyatları naziri Daler Juma arasında baş tutub.

Rusiya hökumətindən verilən rəsmi açıqlamada qeyd edilib ki, Tacikistan ərazisində neft yataqlarının birgə işlənməsi üzrə layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr davam edir.  Həmçinin gələcək üçün planlar hazırlanır.

Aynur TAC

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər