Rusiya və Misir XİN başçıları regiondakı vəziyyəti müzəkirə etdilər
Rusiya xarici işlər naziri Sergey Lavrov misirli həmkarı Bədr Əbdülati ilə telefon danışığı aparıb.
TodayPress TV xəbər verir ki, bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
"Rusiya və Misirin xarici siyasət idarələrinin rəhbərləri ABŞ və İsrailin İrana qarşı təcavüzü nəticəsində Yaxın Şərqdə yaranmış mövcud vəziyyəti ətraflı müzakirə ediblər", - deyə bildirilib.
Qeyd edilib ki, nazirlər regionun bütün dövlətlərinin qanuni maraqları nəzərə alınmaqla, Fars körfəzi zonasındakı böhranın tezliklə uzunmüddətli və dayanıqlı həllinə dair razılaşmaların əldə olunması üçün danışıqlar prosesinin bərpasının zəruriliyini vurğulayıblar.
Aysel Mətləb