Rusiya və Çin Yapon dənizində birgə təlimlərə başladı
Rusiya və Çin Hərbi Dəniz Qüvvələrinin gəmiləri Yapon dənizinə daxil olub.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatı Rusiya Sakit Okean Donanmasının mətbuat xidməti yayıb.
Onlar “Dənizdə qarşılıqlı fəaliyyət - 2025” adlı birgə hərbi təlimlərin praktiki mərhələsini həyata keçirəcəklər.
Bildirilir ki, hər iki ölkənin gəmiləri təlim üçün Vladivostokdan Yapon dənizinə yola düşüblər.
Türkan İsgəndərli