Rusiya Ukraynaya kütləvi hücum etdi, ölən və yaralananlar var
Dünya
06.06.2025 10:45
İyunun 6-na keçən gecə Rusiya Ukraynaya qarşı genişmiqyaslı raket və dron hücumları həyata keçirib.
TodayPress TV "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko "Telegram" kanalında paylaşım edib.
Məlumata əsasən, hücum nəticəsində 3 nəfər həlak olub, 40-dan çox insan yaralanıb.
Nazirin sözlərinə görə, Kiyevdə Rusiya hücumu zamanı Dövlət Fövqəladə Hallar Xidmətinin (DFHX) 3 əməkdaşı həyatını itirib. Onlar insanların köməyinə çatmağa çalışarkən atəşə tutulublar. Hücum zamanı DFHX-in daha 9 əməkdaşı yaralanıb, bəzilərinin vəziyyəti ağırdır.
Qeyd edək ki, Kiyev meri Vitali Kliçko daha əvvəl paytaxtda 4 nəfərin həlak olduğunu bildirmişdi.
Ternopol, Lutsk, Çerniqov və Kremençuqda da Rusiya ordusunun kombinə edilmiş zərbələri nəticəsində xəsarət alanlar var.
Töhfə Səməd
tag: Rusiya ,Ukrayna,Raket,Dron,Hücum,todaypress.tv,