Britaniyada valideynlər “Kir” adından imtina etdi
Dünya
01.08.2025 09:36
Böyük Britaniyada valideynlər Baş nazir Kir Starmerin hakimiyyətə gəlişindən sonra “Kir” adını yeni doğulan oğlan uşaqlarına verməkdən çəkiniblər.
TodayPress TV xəbər verir ki, “The Daily Mail” bu barədə Britaniyanın Milli Statistika İdarəsinin araşdırmasına istinadla yazıb.
Məlumata görə, 2024-cü ilin iyul ayından etibarən heç bir yeni doğulmuş oğlan uşağına “Kir” adı verilməyib. Bu, ölkədə ilk dəfə baş verir.
Araşdırma göstərir ki, Starmer vəzifəyə gəlməzdən əvvəl dörd oğlan uşağına bu ad verilmişdi. Seçkilərdə Leyboristlər Partiyasının lideri qalib gəldikdən sonra isə bu ad tamamilə siyahılardan silinib.
Qeyd edək ki, “Kir” adı irland mənşəli olub “qara” və ya “qaranlıq” mənasını verir. Bu ad həm də şotland köklərinə də sahibdir.
Qiymət Mahir
tag: Böyük Britaniya,Baş nazir,Kir Starmer, Milli Statistika İdarəsi,Todaypress.tv,